Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirin adamına “stop” qoyulur

Fazil Məmmədovun biznesini idarə edən şəxsin ölkədən çıxışına “stop” qoyulur...

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınmış iş adamı Kamilov Əşrəf Kamil oğluna qarşı məhkəmə iddiası qaldırıb.

PİA.az "yeniavaz.com"-a istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində 03.10.2022-ci il tarixində baxılacaq məhkəmə işinə hakim Leyla Əliyeva sədrlik edəcək.

Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Əşrəf Kamilov vaxtı ilə ölkənin ən böyük şirkətlərindən biri olmuş "AtaHolding” MMC-nin (VÖEN-1400096711) Müşahidə Şurasının sədr müavini və qanuni təmsilçisdir. Nizamnamə kapitalı 40 milyon manatdan çox olan "AtaHolding”in tərkibində onlarla şirkət fəaliyyət göstərib. Hazırda ləğv prosesində olan "AtaBank” ASC də (VÖEN-9900006651) "Ataholding”ə məxsus olub. Əşrəf Kamilov eyni zamanda "AtaBank”ın Müşahidə Şurasının sədri və bank səhmlərinin 16%-nə sahib olub.

Qeyd edək ki, hazırda "AtaHolding” MMC-nin dövlət büdcəsinə 1 milyon 15 min 68 manat 92 qəpik vergi borcu var.

Onu da bildirək ki, uzun illər mətbuatda "Ataholding” şirkətinin sabiq vergilər naziri Fazil Məmmədova məxsus olması ilə bağlı məlumatlar yayılıb. 20 yaşından (1983-cü il təvəllüdlü) "AtaBank”da çalışan və 2016-cı ildə bankın İdarə heyətinin sədri vəzifəsinə təyin olunan Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur. Dəyanət Quliyev 2014-16-cı illərdə Fazil Məmmədova məxsus olduğu deyilən "Synergy Group” MMC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb. Hazırda isə 50 milyon manat nizamnamə kapitalı olan "Synergy Group”a Fazil Məmmədovun digər bacısı oğlu Elnur İsgəndərov rəhbərlik edir.

Elnur İsgəndərov həm də Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğludur və daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışıb. Fazil Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra həm Xaləddin İsgəndərov, həm də onun oğlu tutduqları vəzifələrdən azad olunublar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Ən çox oxunanalar